Qudyalçayın Xaçmaz rayonunun Xaspoladoba kəndində keçən hissəsindəki körpü bağlanıb.
Shimal.News xəbər verir ki, qəzalı vəziyyətə düşdüyü üçün körpüdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Eyni zamanda Xaçmaz şəhərini Köhnə Xaçmaz kəndinə birləşdirən piyada körpüsü də bağlanıb.
Hər iki körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı Shimal.News xəbər yayımlamışdı.