Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz təchizatında fasilə yaranıb.
Shimal.News xəbər verir ki, Xaçmaz xidmət sahəsinin Xudat Qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmanın aradan qaldırılması ilə əlaqədar 03.09.2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılıb.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.