Xaçmazda tələbələr üçün "Narkomaniyaya “Yox” deyək" adlı tədbir təşkil edilib. Bu haqda ShimalNews 2 may tarixində məlumat verir.
Peşə Məktəbində təşkil edilən tədbirdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki cənab Həmid Həsənov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz sektorunun rəisi Elman Məmmədov, Xaçmaz rayonu üzrə təhsil sektorunun metodisti İmran Müseyibov və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-narkoloqu Ağakərim Muradxanov iştirak ediblər.
Qonaqlar gənclərə narkotikin zərəri və ondan qorunmanın yolları haqqında məlumat verib, zərərverici maddələrdən uzaq durmalarını tövsiyə ediblər.