top
Vergilər ARTIRILIR – Benzin və dizel bahalaşacaq?
10 noyabr 2025, 10:40
- +

Vergilər ARTIRILIR – Benzin və dizel bahalaşacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə bəzi dəyişikliklər təklif olunub.


Təklif olunan dəyişikliyə əsasən Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qaza görə yol vergisi onların hər litrinə görə 0,02 manatdan 0,07 manata qədər artırılacaq.

Eyni zamanda idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,02 manatdan 0,07 manata artırılır.

Bu dəyişiklik 2026-cı ilin əvvəlindən qüvvəyə minəcək.

Sözügedən dəyişiklik yanacağın qiymətinin bahalaşmasına səbəb olacaq?

Bizim.Media-nın məlumatına görə, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bildirib ki, bu addım avtomobil yanacağının mövcud qiymətlərinə münasibətdə əlavə 4,5 faiz, dizel yanacağına münasibətdə 5 və maye qazın qiymətinə münasibətdə isə 7 faizlik əlavə xərc yükü formalaşdıracaq:

“Bazar şərtlərinin artan qiymətlərini nəzərə almaqla böyük ehtimalla Tarif Şurası gələn ilin əvvəlində müvafiq məhsulların qiymətinin artırılması ilə bağlı qərar qəbul edəcək.Gözləntilərə görə, 2026-cı ildə avtomobil benzininin qiyməti təxminən 9 faiz, dizel yanacağı 10, maye qazın qiyməti isə 7 faiz artacaq”.

Ekspert bütün hallarda artımın mütləq olduğunu düşünür:

“Çünki müvafiq vergi növü üzrə artan xərcin qeyd edilən məhsulların maya dəyərində yerləşdirilməsi imkanı çox məhduddur. Bu isə onu deməyə əsas verir ki, növbəti ildən etibarən avtomobil benzini, dizel yanacağı və maye qazın qiymətlərində bahalaşma olacaq”.

İqtisadçı ekspert Fuad İbrahimov isə düşünür ki, sözügedən vergi artımı pərakəndə satış qiymətlərinə təsir etməyəcək:

“Sözügedən bahalaşma qiymətin əmələ gəlmə prosesinə, yəni satışın üzərinə gəlmir.

Yəni artım topdansatıcının payından çıxır. Bu nöqteyi-nəzərdən qiymətlərin dəyişdirilməsinə ancaq Tarif Şurası qərar verə bilər. Onlar qiymətlərin bahalaşmasını labüd hesab etsə ki, müvafiq qərar veriləcək. Amma bu vergi satış qiymətinə təsir etməyəcək”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:12

Qusarda təhlükəli şou acı sonluqla bitdi: sürücü həbs olundu

Bütün xəbərlər
Bu gün, 13:35

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Bütün xəbərlər
Bu gün, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Bütün xəbərlər
Bu gün, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Bütün xəbərlər
Bu gün, 11:30

Qəbələdə yanğın olub

Bütün xəbərlər
Bu gün, 10:49

Qubada avtomobil aşıb - FOTO

Bütün xəbərlər
Bu gün, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Bütün xəbərlər
Bu gün, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
Dünən, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Bütün xəbərlər
Dünən, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
Dünən, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Bütün xəbərlər
Dünən, 17:09

Qusarda məktəbli qızları maşın vurdu

Bütün xəbərlər
Dünən, 16:25

Qubada valideyn himayəsindən məhrum olan uşaqlar müayinə edilib

Bütün xəbərlər
Dünən, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
Dünən, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
Dünən, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
Dünən, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
Dünən, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
Dünən, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Bütün xəbərlər
Dünən, 12:05

Şimal-Qərb regionunda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 11:30

"Şahdağ Qusar"dan ayrılan Voronsov fikrini dəyişdi

Bütün xəbərlər
Dünən, 10:53

Qusarda 25 yaşlı qadın dəm qazından zəhərlənib

Bütün xəbərlər
Dünən, 10:00

1 yaşlı körpə qəfil dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 09:19

Su yerinə zibil-Xaçmazda antisanitariya xəstəliklərə səbəb olur

Oxşar xəbərlər