Xaçmaz və Quba məktəblərində "Ana, mənə nağıl de" layihəsinə start verilib. Bu haqda ShimalNews 14 may tarixində məlumat verir.
Alekseyevka kənd tam orta məktəbi və Xaçmaz şəhər 5 nömrəli tam orta məktəbində həyata keçirilən layihənin məqsədi şagirdlərdə dinləyib-anlama vərdişlərini inkişaf etdirmək və valideynlərlə əməkdaşlığı gücləndirməkdir.
Tədbirlərin icma əsaslı məktəbəqədər qruplarda, məktəbəhazırlıq və ibtidai siniflərdə həyata keçirilməsi nəzərdə tutulub.