Şimal bölgəsi ərazisində yağıntılı hava şəraiti davam edir. Bu haqda ShimalNews 14 may tarixində xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ötən gün İsmayıllı, Altıağac, Quba, Qusar, Xaltan, Şabranda arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağıb. İsmayıllı rayonunun şimal hissəsində qısa müddət ərzində xırda ölçülü dolu düşüb.
Havanın temperaturu dağlıq rayonlarda 8 dərəcəyədək isti olub.