Xəbər verdiyimiz kimi, Quba şəhərinin girişində kanalizasiya lyukunun ətrafı bir həftədən çoxdur ki, təmir məqsədilə lentlənsə də, heç bir iş görülməyib.
Məsələ Shimal.News tərəfindən ictimailəşdirildikdən sonra ərazidə aidiyyəti qurum tərəfindən təmir işləri aparılıb.
Belə ki, lyukun ətrafı betonlanaraq bərkidilib və yol örtüyü bərpa olunub. Təmir işləri nəticəsində lyukun səviyyəsi yolun səviyyəsinə uyğunlaşdırılıb.