Ötən gecə saat 03:00 radələrində Qax şəhər ərazisində sərnişin avtobusu yanaraq külə dönüb.
Report.аz-ın məlumatına görə, marşrut avtobusu şəhər sakini Məhəmməd Abdukərim oğlu Qurbanova məxsus olub.
Yanğına səbəb avtobus park edilən ərazidən keçən elektrik naqilinin qırılaraq texnikanın üstünə düşməsi göstərilir.
Hadisə nəticəsində xəsarət alan olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
