Şəkidə 28 yaşlı kişini avtomobillə vurub hadisə yerindən qaçan sürücü saxlanılıb.
Məlumata görə, rayon sakini Coşqun Məmmədov qəzanı "Volkswagen" markalı avtomobillə törədib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
11:50
Sentyabrın 24-dən 25-ə keçən gecə Şəkidə kişini avtomobillə vuran sürücü hadisə yerindən qaçıb.
Apa.az-ın məlumatına görə, 28 yaşlı Şəki şəhər sakini Hasil Etibar oğlu Əsgərov nəməlum avtomobil tərəfindən vurulub.
Əsgərov ağır komotoz vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.