Həyata keçiriləcək aşağı təzyiqli yerüstü qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı işlər çərçivəsində, 30 iyul 2025-ci il tarixində, saat 10:00-dan etibarən Şəki rayonu, Köbər Zəyzid kəndində yerləşən 234 abonentin qaz təchizatı daxildən dayandırılacaq.
Shimal.News xəbər verir ki, bu tədbir, 76 mm-lik aşağı təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə həyata keçirilir.
Qaz təchizatı işləri başa çatdıqdan sonra dərhal bərpa ediləcək.