Qusarda şəhid, qazi və aztəminatlı ailələrin övladları üçün ekskursiya təşkil edilib. Bu haqda 12 iyun tarixində ShimalNews Bakı şəhər Gənclər və İdman Baş İdarəsinə istinadən məlumat verir.
Tədbir iştirakçıları Şəhidlər xiyabanına gələrək qəhrəmanların məzarlarını ziyarət ediblər. Daha sonra qonaqlar istirahət mərkəzində əyləncəli, intellektual və idman oyunlarına qatılıblar.
Ekskursiya Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.