top
Şabranda su probleminə “pazlı həll” - VİDEO
18 iyun 2025, 17:44
- ↺ +

Şabranda su probleminə “pazlı həll” - VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şabran şəhərində şəhid Hikmət Qasımov küçəsini bürüyən içməli su axınının qarşısını almaq mediada ictimailəşdikdən sonra tələm-tələsik “həll” edilib. Məsul qurum – Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bu dəfə də vətəndaş məsuliyyətinə yox, ənənəvi "müvəqqəti yamaq" üsuluna əl atıb.

Shimal.News  məlumat verir ki, partlamış yanğın hidrantından su axınının qarşısı paz vurmaqla bağlanıb.

Ölkənin su ehtiyatlarının qorunması, içməli su israfının qarşısının alınması, vətəndaş narahatlığının aradan qaldırılması üçün görülən “təxirəsalınmaz tədbir” bir taxta pazdan ibarətdir. Bu isə su təsərrüfatında vəziyyətin nə qədər acınacaqlı olduğunu və bəzi qurumların məsuliyyətdən necə yayınmağa çalışdığını göstərir.

Sual yaranır: “Paz neçə gün, neçə saat bu təzyiqə tab gətirəcək? Suyun altında çürüyəcəkmi, yoxsa çıxıb yenidən küçəni gölməçəyə çevirəcək?”

Əslində problem təkcə pazda deyil, yanaşmadadır. Əgər su itkisinin qarşısını almaq üçün paz vurmaq ən uğurlu üsuldursa, o zaman minlərlə manat büdcə vəsaiti hara xərclənir? Qurumun texniki imkanları, təmir-təchizat ehtiyatları, təmir briqadası niyə yoxdur, varsa, niyə istifadə olunmur?

Sakinlər haqqlı olaraq bildirirlər ki, bu cür yamaqlı yanaşmalar həm suyun, həm də dövlət idarəçiliyinin etibarını axıdıb aparır. Üstəlik, şəhidin adını daşıyan bir küçədə gunlərlə yolun su içində qalması və nəticədə problemin bir “pazla” ört-basdır olunması həm də mənəvi məsuliyyətsizlikdir.


 

Məhəmməd Tağı

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər