top
Şabranda çuxura düşən sürücü məhkəməni uddu - FOTO
24 mart 2025, 14:19
- +

Şabranda çuxura düşən sürücü məhkəməni uddu - FOTO

Şabranda yolun yararsız vəziyyətdə olmağına görə qəza şəraitinə düşən avtobloqer dövlət qurumunu məhkəməyə verib.

Qafqazinfo.аz-ın məlumatına görə, həm də radioaparıcı olan Elgün Xıdırov məhkəmədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qalib gəlib.

Hadisə təxminən 1 il əvvəl sürücü Xaçmaza gedərkən qeydə alınıb: “Avtomobilimin təkəri M1 yolunun 119-cu km-də, Şabran rayonu ərazisində çuxura düşərək partladı. Gecə vaxtı, soyuq, çiskinli hava və işıqlandırılmayan, bərbad magistral yol. Sürəti 90 olan bir avtomobilin qabaq təkərinin partlaması çox təhlükəli vəziyyətdir. Bu halda avtomobili maksimum düz saxlamağa çalışmaq, qəfil əyləc vermədən ətalətlə, daha sonra yumşaq əyləclə sürəti azaldıb yol çiynində, təhlükəsiz yerdə saxlamaq lazımdır.

İlk işim “102” qaynar xəttinə qəza ilə bağlı məlumat vermək oldu. Maraqlıdır ki, növbətçi hissə və yol polisi də xəsarətin olmadığı və ikinci avtomobilin iştirak etmədiyi bir qəzanın fiksə olunması istəyimə təəccüblənsə də, mən israrla qəza faktını qeydə aldırdım. Daha sonra təkəri dəyişməklə məşğul oldum. Təkəri dəyişib yaxınlıqdakı YDM-ə getdim. Orada dedilər ki, məndən əvvəl 2 maşın da həmin yerə düşüb və təkəri partlayıb.

Maşınlardan biri hələ də “domkrat”ı olmadığı üçün orada qalmışdı. Kömək elədim, onun da təkərini dəyişdik. Sabahı gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə zəng vurub yolun vəziyyəti və təcili düzəlməli olduğunu dedim. Bu qurumun, xüsusən də Magistral yollar idarəsinin məsuliyyətsizliyi üzündən hər gün çoxsaylı sürücüyə maddi ziyanlar dəyir. İnsanların həyatını itirdiyi bir çox qəzalarda isə biz ancaq bunu eşidirik - sürücü idarəetməni itirdi. Niyə, hansı səbəbdən itirdiyi isə hesab edirəm ki, lazımı səviyyədə araşdırılmır”.

Avtobloqerin sözlərinə görə, yol polisi izahatını aldıqdan və qəzanın sxemini tərtib etdikdən sonra avtomobilinə dəymiş zərəri müəyyənləşdirmək üçün servisə gedib: “Məlum oldu ki, təkərlə yanaşı stabilizator və təkər topunun (“stupitsa”) diyircəkli yastığı (“podşipnik”) sıradan çıxıb. Mənə dəymiş zərəri məktub yazaraq AAYDA-dan istəsəm də, uzun müddət heç bir reaksiya olmadı”.

Bundan sonra sürücü sənədləri hazırlayıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlib: “Məhkəmələrin gedişatında Agentliyin cavabdeh nümayəndəsi ekspertiza tələb edərək servisin müəyyənləşdirdiyi məbləği bir qədər azaltsa da, bu, ümumi məzmuna ciddi təsir göstərmədi və daha çox prosesi uzatmaq təəssüratı yaratdı”.

E.Xıdırov qeyd edib ki, qurum tərəfindən ona 933 manat təzminat ödəniləcək.

Vətəndaşın sözlərinə görə, birinci instansiya məhkəməsinin onun xeyrinə qəbul etdiyi qərarla razılaşmayan AAYDA apellyasiya şikayəti verib, amma Agentliyin şikayəti təmin edilməyib. Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:37

Məktəbdə şərait yox, qadağa var – Xaçmazda valideyn narazılığı

Bütün xəbərlər
Dünən, 18:00

Şamaxı yolunda asfalt çökdü

Bütün xəbərlər
Dünən, 17:24

"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi

Bütün xəbərlər
Dünən, 16:33

Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 15:53

Qubada yük avtomobili aşıb

Bütün xəbərlər
Dünən, 15:12

Qusarda təhlükəli şou acı sonluqla bitdi: sürücü həbs olundu - VIDEO

Bütün xəbərlər
Dünən, 13:35

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Bütün xəbərlər
Dünən, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Bütün xəbərlər
Dünən, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Bütün xəbərlər
Dünən, 11:30

Qəbələdə yanğın olub

Bütün xəbərlər
Dünən, 10:49

Qubada avtomobil aşıb - FOTO

Bütün xəbərlər
Dünən, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Bütün xəbərlər
Dünən, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
13 yanvar 2026, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Bütün xəbərlər
13 yanvar 2026, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
13 yanvar 2026, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Bütün xəbərlər
13 yanvar 2026, 17:09

Qusarda məktəbli qızları maşın vurdu

Bütün xəbərlər
13 yanvar 2026, 16:25

Qubada valideyn himayəsindən məhrum olan uşaqlar müayinə edilib

Bütün xəbərlər
13 yanvar 2026, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
13 yanvar 2026, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
13 yanvar 2026, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
13 yanvar 2026, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
13 yanvar 2026, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
13 yanvar 2026, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Oxşar xəbərlər