top
Qusarlı deputat: “Qaz və işıq limitləri ləğv olunsun!”
30 avqust 2025, 17:05
- +

Qusarlı deputat: “Qaz və işıq limitləri ləğv olunsun!”

Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanunlarda öz əksini tapıb.

Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1 manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi?

Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.

Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında bildirib ki, "Elektroenergetika haqqında" və "Qaz təchizatı" qanunları dövlət başçısının fərmanı ilə təsdiq olunub:

“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq”.

Deputat qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi kimi başa düşülməməlidir:

“Qaz və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər.

Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
Bu gün, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
Bu gün, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
Bu gün, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
Bu gün, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
Bu gün, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Bütün xəbərlər
Bu gün, 12:05

Şimal-Qərb regionunda işıq olmayacaq

Bütün xəbərlər
Bu gün, 11:30

"Şahdağ Qusar"dan ayrılan Voronsov fikrini dəyişdi

Bütün xəbərlər
Bu gün, 10:53

Qusarda 25 yaşlı qadın dəm qazından zəhərlənib

Bütün xəbərlər
Bu gün, 10:00

1 yaşlı körpə qəfil dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 09:19

Su yerinə zibil-Xaçmazda antisanitariya xəstəliklərə səbəb olur

Bütün xəbərlər
Dünən, 19:00

"Yengicə" və "Əlicançay" su anbarlarının tikintisinin başa çatacağı vaxt açıqlanıb

Bütün xəbərlər
Dünən, 18:30

Torpaq almaq istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 18:00

Həmkəndlilərin davası ölümlə bitdi

Bütün xəbərlər
Dünən, 17:11

Xaçmazda təhlükəli körpünün çatlarına yamaq vuruldu - VİDEO

Bütün xəbərlər
Dünən, 16:27

Qanunsuz fəaliyyət göstərən quş kəsimi sexi aşkarlandı

Bütün xəbərlər
Dünən, 15:30

Şəkidə 1850 hektar tütün əkiləcək

Bütün xəbərlər
Dünən, 14:31

"Qəbələ" təmsilçisinə şans verildi

Bütün xəbərlər
Dünən, 13:33

Qusar məhkəməsində qeyri-adi qərar

Bütün xəbərlər
Dünən, 12:35

Qəbələ və Gəncədən şad xəbər: yeni qatar xətti istifadəyə verildi

Bütün xəbərlər
Dünən, 11:58

"Şəki" basketbolçusu ilə vidalaşdı

Bütün xəbərlər
Dünən, 11:01

Qubada bu yolda cərimələnə bilərsiniz - VİDEO

Bütün xəbərlər
Dünən, 10:00

Gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücüyə AĞIR CƏZA

Bütün xəbərlər
Dünən, 09:25

Xaçmazda kişini qatar vuraraq öldürüb

Oxşar xəbərlər