top
Qusarın bu kəndində içməli su problemi tarixə qovuşur - FOTO
14 mart 2025, 10:50
- +

Qusarın bu kəndində içməli su problemi tarixə qovuşur - FOTO

Qusarın Avaran kəndində həyata keçirilən su layihəsinin icrası ilə bağlı görülən işlərə baxış keçirilib.

Shimal.News -un məlumatına görə, uzun illərdir ki, Avaran kəndində içməli suyun çatışmazlığı ilə bağlı problem yaşanır.

Sakinlər məişətdə və suvarma məqsədilə Cağar-Cibir su kanalından açıq arx vasitəsilə kəndə gətirilən kiçik həcmli hovuzda toplanan sudan istifadə edirlər.

Mövcud problemin aradan qaldırılması üçün Heydər Əliyev Fondunun sifarişi və BP-nin maliyyə dəstəyi ilə Avaran kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsinin həyata keçirilməsinə başlanılıb.

Avaran kəndinin su ilə təchiz olunması üçün nəzərdə tutulan pilot layihə çərçivəsində kənddə olan 388 evdən birinci mərhələdə 118-nə su xətlərinin çəkilməsi və sayğacların quraşdırılması nəzərdə tutulur. Bu məqsədlə layihə çərçivəsində 10000 m3 həcmində su tutarının yaradılması, onun yaxınlığında nasosxana və filterləmə stansiyasının tikilməsi, dəmir çənlərin və filterləmə sisteminin quraşdırılması nəzərdə tutulub. Həmçinin mühafizəni 3 mərhələli təmin etmək məqsədilə ərazi çəpərlənəcək, qurğu və avadanlıqların elektrik təchizatı üçün elektrik xətləri çəkilərək, transformator quraşdırılacaq.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri rayonun Avaran kəndində su təchizatı layihəsinin həyata keçirilməsi vəziyyəti ilə tanış olublar.

Podratçı təşkilatın rəhbəri geniş məlumat verərək bildirib ki, layihənin həyata keçirilməsi nəticəsində daha çox su ehtiyatına qənaət olunacaq, kənd sakinlərinin təmiz suya olan tələbatı ödəniləcək.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:37

Məktəbdə şərait yox, qadağa var – Xaçmazda valideyn narazılığı

Bütün xəbərlər
Dünən, 18:00

Şamaxı yolunda asfalt çökdü

Bütün xəbərlər
Dünən, 17:24

"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi

Bütün xəbərlər
Dünən, 16:33

Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 15:53

Qubada yük avtomobili aşıb

Bütün xəbərlər
Dünən, 15:12

Qusarda təhlükəli şou acı sonluqla bitdi: sürücü həbs olundu - VIDEO

Bütün xəbərlər
Dünən, 13:35

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Bütün xəbərlər
Dünən, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Bütün xəbərlər
Dünən, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Bütün xəbərlər
Dünən, 11:30

Qəbələdə yanğın olub

Bütün xəbərlər
Dünən, 10:49

Qubada avtomobil aşıb - FOTO

Bütün xəbərlər
Dünən, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Bütün xəbərlər
Dünən, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
13 yanvar 2026, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Bütün xəbərlər
13 yanvar 2026, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
13 yanvar 2026, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Bütün xəbərlər
13 yanvar 2026, 17:09

Qusarda məktəbli qızları maşın vurdu

Bütün xəbərlər
13 yanvar 2026, 16:25

Qubada valideyn himayəsindən məhrum olan uşaqlar müayinə edilib

Bütün xəbərlər
13 yanvar 2026, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
13 yanvar 2026, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
13 yanvar 2026, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
13 yanvar 2026, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
13 yanvar 2026, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
13 yanvar 2026, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Oxşar xəbərlər