Qusarda dramaturq İdris Şamxalovun “Pərixanım” tamaşası təqdim olunacaq. Bu haqda ShimalNews 11 iyul tarixində Azərtac-a istinadən məlumat verir.
Dövlət Ləzgi Dram Teatrı əsəri sentyabrda, 32-ci teatr mövsümünün açılışında nümayış etdirəcək. Tamaşanın quruluşçu rejissoru Bağır Əhmədov, rəssamı Bədəl Bədəlov, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.
“Pərixanım” tamaşasında imkanlı dindar Hacı Sayadın qızı Pərixanımın başına gələnlərdən bəhs edilir. Əsərdə əsas rollarda 14, kütləvi səhnələrdə 30 aktyor rol alıb.