Qusarda qadınlar üçün “Saç ustası” təlimləri başlanıb. Bu haqda ShimalNews 26 iyul tarixində Qadın Resurs Mərkəzinə istinadən məlumat verir.
3 ay ərzində mərkəzin 7 üzvünə uğurlu bərbərin sirləri öyrədiləcək. Qadınlar saç yığımları, saç kəsimləri və düzümləri, müxtəlif cür saç rəngləri, makiyaj, manikür, pedikür və s. ilə praktiki olaraq tanış olacaqlar.
Məşğələlərdə sona qədər iştirak edən və uğurlu nəticələr qazanan iştirakçılara sertifikat verilməsi nəzərdə tutulub.