Qubada yol-nəqliyyat hadisəsi baş verib. Qəza Əliqulu Nərimanov və Qələbə küçələrinin kəsişməsində qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, “Mitsubishi” markalı avtomobil Ə.Nərimanov küçəsi ilə şəhər mərkəzinə doğru hərəkətdə olarkən, “Kia” markalı avtomobil Qələbə küçəsindən çıxaraq əsas yola qaydalara zidd şəkildə daxil olub. Nəticədə toqquşma baş verib və “Mitsubishi” fırlanaraq yol kənarında dayanan “VAZ-2109” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Mitsubishi”nin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya çatdırılıb. Hadisəyə səbəb olduğu iddia edilən “Kia” markalı avtomobilin xanım sürücüsü və sərnişinləri hadisə yerindən qaçıblar.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
