Aprelin 23-də Quba-Qonaq kənd-Muçu avtomobil yolunun Qubanın İkinci Nügədi kəndindən keçən hissəsindəki uçan körpü müvəqqəti təmir olunub.
Bizim.Media-nın məlumatına görə, bərpa işlərini "Körpü-Bina-Tikinti" MMC-nin əməkdaşları aparıb. Müəyyən işlərdə Quba 5 saylı yol istismar idarəsinin işçi qrupu təmir işlərində köməklik edib.
Quba İH başçısının Birinci Nügədi İƏD üzrə nümayəndəsi Ceyhun Qədirov artıq qəzalı körpünün yanında yeni körpünün inşasına başlanıldığını deyib.