Quba şəhərinin girişində sürücülər üçün ciddi təhlükə yaranıb.
Shimal.News xəbər verir ki, yolun hərəkət hissəsində yerləşən kanalizasiya lyukunun ətrafı bir həftədən çoxdur ki, təmir məqsədilə lentlənib. Lakin bu müddət ərzində ərazidə heç bir təmir işi görülməyib.
Nəticədə, yolun hərəkət zolağı daralıb və sürücülər üçün qəza riski yaradır. Ərazidə xəbərdarlıq nişanlarının olmaması, işlərin uzanması və məsul qurumların laqeydliyi nəqliyyatın təhlükəsizliyinə ciddi şəkildə təsir göstərir.
Sakinlərin sözlərinə görə, onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir real tədbir görülməyib. Onlar bildirirlər ki, "təmir" adı altında yolun bir hissəsinin uzun müddət istifadədən kənarda saxlanılması həm sürücülərin, həm də piyadaların həyatını təhlükəyə atır.
View this post on Instagram