Quba şəhərinin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal News-un məlumatına görə, iki “Mercedes” markalı minik avtomobili toqquşub. Zərbədən avtomobillərdən biri səkidə hərəkət edən piyadanı vurub.
Hadisə nəticəsində Quba rayon sakini, 2008-ci il təvəllüdlü Elnur Xankişiyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı təcili tibbi yardım maşını ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-in məlumatına əsasən, E.Xankişiyevə sol bud sümüyünün distal metafizinin sınığı diaqnozu qoyulub. Ona zəruri tibbi yardım göstərilib və hazırda Travmatologiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır.