Quba şəhəri, Dəvədabanı yaşayış massivinin girişində yerləşən inşaat materialları mağazası tərəfindən səkinin zəbt edildiyi bildirilir.
Bu barədə Shimal.News-a danışan sakinlərin sözlərinə görə, mağaza tonlarla sement, taxta və digər tikinti materiallarını səkiyə yığıb.
“Səkinin təxminən 20 metrlik hissəsi tamamilə bağlanıb və piyadalar məcburən avtomobil yolu ilə hərəkət etməli olurlar.
Bu vəziyyət uzun müddətdir davam edir. Dəfələrlə irad bildirilsə də, materiallar səkidən yığışdırılmayıb”, - deyə sakinlər bildiriblər.