Qubada saat 9:00 radələrində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, Heydər Əliyev prospekti və Camo bəy Hacinski küçəsinin kəsişməsində “Mercedes” və “Chevrolet” markalı avtomobillər toqquşub.
“Hadisəyə səbəb işıqforun işləməməsi olub. “Mercedes” mərkəzə tərəf gedirdi, “Chevrolet” gözləmədən yola çıxdı və qəza baş verdi”, - deyə şahidlər bildirib.
