Quba şəhərində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News -un əldə etdiyi məlumata görə, bu gün səhər saat 08:30 radələrində Quba rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin müdiri Sultanova Röya Bəhruz qızı, idarə etdiyi “Kia Sportage” markalı avtomobillə işə gedərkən, Əliqulu Nərimanov küçəsində yol keçmək istəyən 51 yaşlı fizika müəlliməsi Ağayeva Şəlalə Əli qızını vurub.
Hadisə yerinə dərhal DYP əməkdaşları gəlib və yaralı müəllimə Quba rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə çatdırılıb.
Qəza nəticəsində piyadanın bud sümüyü sındığına görə vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin səbəbləri və detalları araşdırılır.

Fotoda: Sultanova Röya Bəhruz qızı