Quba şəhəri ərazisində (“Asan Xidmət”in yaxınlığı) sürücülər üçün təhlükəli maneə aradan qaldırılıb.
“Bir həftədən çoxdur, asfalt qazılıb, əmələ gələn çuxur isə olduğu kimi qalıb. Avtomobillərin şinləri sıradan çıxır, partlayır. Çuxurdan xəbərsiz sürücülər olur, qəfil əyləcə basırlar, qəza şəraiti yaranır”, – deyə sürücülər tərəfindən Shimal.News-a müraciət ünvanlanmışdı və tərəfimizdən gündəmə gətirilmişdi.
Bundan sonra yolun qazılan hissəsi doldurularaq asfaltlanıb. Yolunuz açıq olsun!