Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, hadisə zamanı "Hyundai" və "VAZ‑2106" markalı avtomobillər toqquşub.
Nəticədə idarəetməni itirən “VAZ‑2106” avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı bir nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.