Qubada Həsən Əliyev küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, hadisə martın 9-u saat 15:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, “Ford” markalı yük avtomobili arxaya hərəkət edərkən toqquşma baş verib. Həsən Əliyev küçəsi ilə hərəkət edən “VAZ-2104” marklı avtomobilin sağ tərəfi və damı ciddi deformasiyaya uğrayıb.
Xoşbəxtlikdən sərnişin yerində insan olmayıb və xəsarət qeydə alınmayıb.
