Bakı-Quba avtomobil yolu ilə Quba-Xaçmaz yolunu birləşdirən, uzunluğu təxminən 2 kilometr olan yolun vəziyyəti ciddi narahatlıq doğurur.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerli sakinlərin sözlərinə görə, Alekseyevka kəndindən keçən bu yol kəndin əsas yollarından biridir.
“Məktəb bu yolun üzərində yerləşir. Bir neçə dəfə yol təmir edilsə də, qısa zamanda eyni vəziyyət yaranır. Çünki Qudyalçayın yatağında işləyən əksər karyerlerin yük avtomobilləri bu yoldan hərəkət edir. Asvalt qatı dağılıb, elə bil şumlanmış ərazidə gedirsən. Övladlarımız məktəbə gedib-gələrkən ciddi narahatlıq yaşayırıq. Yolun kənarında piyada səkisi də yoxdur. Ağır texnikanın axını isə dayanmır",- deyə onlar bildiriblər.
Qeyd edək ki, iri tonnajlı yük maşınlarının intensiv hərəkəti nəticəsində yolun Bakı-Quba magistralına birləşən hissəsində, radar yaxınlığında dərin çuxurlar əmələ gəlib. Bu vəziyyət ərazidən ilk dəfə keçən sürücülər üçün təhlükə yaradır və yol-nəqliyyat hadisəsi riskini artırır.