TƏBİB-dən Shimal.News-un sorğusuna cavab olaraq bildirilib ki, Quba rayonu ərazisində baş verən yol qəzası nəticəsində xəsarət alan 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib:
" Ona ilkin olaraq bədənin bir neçə nahiyələrinin müştərək travması diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilir. Hazırda azyaşlının ixtisaslı müayinə və müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir".
***
Bu gün saat 13:00 radələrində Quba şəhəri Əliqulu Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News-un əldə etdiyi məlumata görə, “Ford Fusion” markalı avtomobil piyada keçidindən keçən məktəblini vurub.
Yaralanan şəxs — 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğludur. O, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəbin 5-ci sinif şagirdidir.
Sürücü dərhal zərərçəkmişi öz avtomobili ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırıb.
İlkin müayinədən sonra uşaq Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti həkim nəzarətindədir.
Hadisə ilə bağlı araşdırma aparılır.