Quba şəhərində avtovağzalın qarşısında illərdir açıq qalan kanalizasiya quyusunun ağzı qapadılıb.
Shimal.News məlumat verir ki, 4 il əvvəl gündəmdə olan məsələ indi həllini tapıb. Lakin axıra kimi həll edilməyib.
Ərazidə olan kanalizasiya lükünün üzərini qapatmaq üçün dəmir əşya qoyulsa da, hündürlüyü səbəbindən bu, sürücülər üçün təhlükəli hesab edilir. Bu ərazidən keçən, xüsusən də klirensi alçaq olan avtomobillərin zədələnməsinə, bununla da qəza riski yaratmasına səbəb ola bilər.
Ümidvarıq ki, növbəti mərhələdə qapaq lazımi qaydada quraşdırılacaq.