Bu gün səhər saat 6 radələrində Qubada "Təngə Dərəsi" adlanan ərazidə yola qaya parçaları düşüb.
Shimal.News-un məlumatına görə, Qonaqkənd yolunun bağlanmasına görə, 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Hazırda yolun açılması istiqamətində işlər görülür.