Quba-Xınalıq yolunun 42-ci km-də sel sularının təsiri nəticəsində dağılan körpünün yerində yenisinin inşası son mərhələdə olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davam etdirilir.
Shimal.News xəbər verir ki, yeni körpü 12 metr uzunluğunda, 9 metr enində və 1 aşırımlı olmaqla inşa edilib. Körpünün hər iki tərəfində piyada keçidi və istinad divarı tikilib. Hazırda körpü yanaşmalarının bərkidilməsi işləri aparılır.
İşlərin qısa zamanda yekunlaşdırılması üçün tikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.