Qubanın Qəçrəş kəndi ərazisində torpaq qatı yolun hərəkət hissəsinə tökülüb.
Shimal.News xəbər verir ki, uçqun Quba-Xınalıq yolunun üzərində baş verib.
“Bu yoldan avtomobillər ehtiyatla keçirlər. Burada bir tərəfdən qaya, digər tərəfdən isə çay var. Qorxuruq ki, torpaq qatı yenidən sürüşərək maşınların üzərinə tökülər”, - deyə sürücülər bildirib.
