Xaçmazdan Quba istiqamətində hərəkət edən sürücülər üçün maneə əmələ gəlib.
Shimal.News-a daxil olan məlumata görə, kanallar vaxtında təmizlənmədiyi üçün su daşaraq yola axır.
Nəticədə Xaçmaz rayonunun Alıc kəndinə aparan yoldan başlayaraq Yergüc kəndinə kimi yolun bir zolağında su axır. Belə halda nəqliyyat vasitələri qarşı hərəkət zolağına çıxmalı olurlar ki, bu da qəzalara yol aça bilər.