Quba-Xaçmaz avtomobil yolunda bu gün 3-cü yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-un əldə etdiyi məlumata görə, qəza Alekseyevka kəndi ərazisində baş verib.
Şahidlər bildirirlər ki, Zümrüd Şadlıq Sarayının qarşısında piyada keçidindən keçən şəxsə “Toyota” markalı avtomobil yol verib. Bu zaman arxadan gələn “VAZ-2106” markalı maşın da dayanaraq piyadanın yolu keçməsini gözləyib. Lakin eyni istiqamətdə hərəkət edən "Mitsubishi" hərəkətinə davam edərək, "Jiquli"ni arxadan vurub. Zərbənin təsirindən "VAZ-2106" qarşısında olan “Toyotaya” çırpılıb.
Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Fakt araşdırılır.