Qubanın Susay kəndində yağan yağışlar nəticəsində torpaq uçqunu baş verib.
Yağıntılar torpağı yuyub apardığı üçün sakinlər gediş-gəlişdə çətinlik çəkirlər. Bununla yanaşı, uçqunun baç verdiyi ərazinin yaxınlığındağı evlər də dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.
“Aidiyyəti qurumların bununla bağlı məlumatları olsa da, bir tədbir görən yoxdur. Sözügedən ərazidə 20-yə yaxın ailə yaşayır və hər birimizin evi təhlükə altındadır. Hər birimiz bu yoldan keçərkən qorxub narahat oluruq”,- deyə sakinlərdən biri bildirib.
Daha ətraflı videomaterialda: