Quba rayonunun Dərk və Talış kəndlərinin sakinləri yol probleminin illərlə həll olunmamasından narazılıq edirlər.
Shimal.News-a daxil olan müraciətə əsasən, kəndə aparan yolun pis vəziyyətdə olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib, xüsusilə də kənddə toy və digər mərasimlər zamanı ciddi narahatlıqlar yaranır.
Sakinlər bildirirlər ki, qızlar “QAZ 66” markalı yük maşını gəlin köçür və və gəlin gəlirlər:
“Hara gedirik salamat gedirik, amma kəndə çatanda vəziyyət dəyişir. Gəlinimiz-qızımız belə vəziyyətdə gəlin gedir, gəlin gəlir. Axı belə olmaz. Lazımi qurumlara dəfələrlə müraciət etmişik. Hər dəfə “baş üstə” deyilir, amma nəticə yoxdur. Şükür ki, işıq problemini həll etdilər, indi tək arzumuz yol məsələsinə də əncam çəkilməsidir”.