Quba-Bakı avtomobil yolunun Yeni Yaşma qəsəbəsi yaxınlığında yol kənarında salınmış yaşıllıqlarda ekoloji problem müşahidə olunur.
Shimal.News-a daxil olan məlumata əsasən, ərazidə əkilmiş həmişəyaşıl ağaclar yarıya qədər suyun içərisindədir. Suyun haradan toplandığı məlum deyil, lakin vəziyyətin uzun müddətdir davam etdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, ağacların dibinin daim suyun içində qalması onların quruma riskini artırır. Ərazidə suyun təmizlənməsi və problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib.