Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən hərbi qulluqçu Sadiq Əsgərov dəfn olunub.
Shimal.News xəbər verir ki, Qımır kənd sakini 39 yaşlı gizir Sadiq Əsgərov doğma kəndinin qəbiristanlığında dəfn edilib.
Mərasimdə onun xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin üzvləri və mərhumun yaxınları iştirak ediblər.
Dünən gizir Sadiq Əsgərovun olduğu hərbi hissənin avtomobili Daşkəsən rayonunda idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına çırpılıb. Bu zaman Sadiq Əsgərov özünü avtomobildən yerə atıb. Nəticədə o, aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Sadiq Əsgərov ailəli olub, 3 uşaq atası idi.