Balakən rayonu, Poştbinə kəndinin asfaltsız yolları sakinlərə çətinlik yaradır.
Məsələ ilə bağlı Shimal.News-a danışan yerlilərin sözlərinə görə, 1300 nəfər sakinin yaşadığı bu kənd rayon mərkəzindən cəmi 10 km məsafədə yerləşir.
“Bərbad vəziyyətdə olan kənd yolu bir dəfə də olsun asfaltlanmayıb. Bu yolda nə rahat avtomobil sürmək, nə də təcili tibbi yardım maşını çağırmaq olur. Eyni zamanda, yolsuzluğa görə kənd daxili marşrut da gec-gec işləyir”,- deyə kənd sakinləri bildiriblər.
Onlar tez zamanda problemlərinin aidiyyəti qurumlar tərəfindən görülüb həll edilməsini istəyirlər.