Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun, rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobil idarəetmədən çıxıb və nəticədə qəza baş verib.
Hadisə zamanı avtomobildə olan sərnişin 2000-ci il təvəllüdlü Oğuz rayon sakini Urfan Namiq oğlu Məcidov hadisə yerində dünyasını dəyişib. Sürücü 1996-cı il təvəllüdlü Kənan Rəhman oğlu Əzizov isə ağır bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.