top
Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur
13 iyun 2025, 13:46
- +

Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

Bu barədə Shimal.News Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində respublika əhəmiyyətli Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşən Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərinin ümumi uzunluğu 17 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.

Yenidənqurma işlərinin əsas məqsədi sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.

Tikinti işləri layihəyə uyğun olaraq texnoloji ardıcıllıqla və yüksək keyfiyyət standartlarına əsasən həyata keçirilir. Bu məqsədlə əraziyə zəruri sayda canlı qüvvə və müasir texnika cəlb olunub. Avtomobil yolları IV texniki dərəcəyə uyğun şəkildə inşa edilir.

Hazırda Mollalı, Dəymədərə və Tərkeş kəndləri ərazisində torpaq işləri, yol yatağının genişləndirilməsi, eləcə də suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə çərçivəsində, mövcud körpülərin təmiri və bərpası da nəzərdə tutulur.

Son mərhələdə isə avtomobil yolunda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər tamamlandıqdan sonra yol müasir standartlara uyğun şəkildə vətəndaşların istifadəsinə veriləcək.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:37

Məktəbdə şərait yox, qadağa var – Xaçmazda valideyn narazılığı

Bütün xəbərlər
Bu gün, 18:00

Şamaxı yolunda asfalt çökdü

Bütün xəbərlər
Bu gün, 17:24

"Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi

Bütün xəbərlər
Bu gün, 16:33

Azərbaycanda qar voleybolu çempionatının keçiriləcəyi TARİX AÇIQLANDI

Bütün xəbərlər
Bu gün, 15:53

Qubada yük avtomobili aşıb

Bütün xəbərlər
Bu gün, 15:12

Qusarda təhlükəli şou acı sonluqla bitdi: sürücü həbs olundu - VIDEO

Bütün xəbərlər
Bu gün, 13:35

Seydina Keyta: "Hazırda "Qəbələ" çətin vəziyyətdədir"

Bütün xəbərlər
Bu gün, 12:50

Qubada ər-arvad davası cinayətlə nəticələndi

Bütün xəbərlər
Bu gün, 12:10

Usta işlədiyi obyekti qarət etdi

Bütün xəbərlər
Bu gün, 11:30

Qəbələdə yanğın olub

Bütün xəbərlər
Bu gün, 10:49

Qubada avtomobil aşıb - FOTO

Bütün xəbərlər
Bu gün, 10:01

Xaçmazda zəncirvari qəza baş verib - FOTO

Bütün xəbərlər
Bu gün, 09:22

Quba-Xaçmaz yolunda son vəziyyət - FOTO

Bütün xəbərlər
Dünən, 19:10

Sabah qış sərt üzünü göstərəcək

Bütün xəbərlər
Dünən, 18:30

Qubada yol nişanları "gizlənqaç" oynayır: sürücülər çaşqın vəziyyətdə

Bütün xəbərlər
Dünən, 17:50

Qax Rayon Prokurorluğuna yeni təyinat

Bütün xəbərlər
Dünən, 17:09

Qusarda məktəbli qızları maşın vurdu

Bütün xəbərlər
Dünən, 16:25

Qubada valideyn himayəsindən məhrum olan uşaqlar müayinə edilib

Bütün xəbərlər
Dünən, 15:45

Zaqatalada avtoqəza - ÖLƏN VAR

Bütün xəbərlər
Dünən, 15:30

Qəbələ "Qış Nağılı" Musiqi Festivalına hazırlaşır

Bütün xəbərlər
Dünən, 14:45

Quba-Xaçmaz yolunda gəzən təhlükə

Bütün xəbərlər
Dünən, 14:00

Xaçmazda məzar daşını sındıran şəxs həbs olundu

Bütün xəbərlər
Dünən, 13:21

Sələmçi qadını və ərini öldürən şəxs qərardan narazıdır

Bütün xəbərlər
Dünən, 12:40

Köhnə Xaçmazda ölüm hadisəsi: araşdırma aparılır

Oxşar xəbərlər