Qubada illərlə davam edən bir infrastruktur problemi hələ də həllini tapmayıb.
Shimal.News-a müraciət edən sakinlər bildiriblər ki, Quba avtovağzalının qarşısından keçən yolun hərəkət hissəsində yerləşən kanalizasiya quyusunun qapağı uzun müddətdir yoxdur.
Hazırda üzərinə sadəcə nazik bir dəmir parçası qoyulub. Bu isə sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır, xüsusilə gecə saatlarında.
Maraqlıdır ki, bu problemi biz 4 il əvvəl də işıqlandırmışıq. Amma görünür, ötən illər ərzində bu məsələ nəzarətə götürülməyib və sadə bir qapaq belə təmin olunmayıb.
Bu təhlükənin qarşısını almaq üçün daha neçə il gözləniləcək?