top
“Dünya şairləri mənim şeirlərimi kitablarına daxil ediblər” – Xaçmazlı ədəbiyyatşünasla ÖZƏL MÜSAHİBƏ
06 fevral 2025, 14:44
- ↺ +

“Dünya şairləri mənim şeirlərimi kitablarına daxil ediblər” – Xaçmazlı ədəbiyyatşünasla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şairlər və yaradıcı insanlar bəşəriyyətin inkişafına və mədəniyyətə böyük töhfələr verən şəxsiyyətlərdir. Onlar həyatın mənasını, gözəlliyini, çətinliklərini və sevinclərini dərin bir şəkildə əks etdirir, bəzən isə toplumu düşündürərək ona istiqamət verirlər.

Yaradıcı düşüncə həm də cəmiyyətin inkişafına təsir edən bir qüvvədir. Hətta şairlər belə, sosial və mədəni problemlərə diqqət çəkərək insanları düşündürməyə və dəyişikliklərə ilham verməyə çalışırlar. Müasir dövrdə isə şairlər və yaradıcı insanlar həm də texnologiya və sosial media vasitəsilə daha geniş auditoriyaya çatmaq imkanlarına sahibdirlər.

Shimal.News-ün əməkdaşı şair, ədəbiyyatşünas, tərcümçi Əlyar Ələsgərov ilə danışıb.

Müsahibəni təqdim edirik:

- Əlyar bəy, öncə özünüz haqqında məlumat verməyinizi istərdim.

- Mən 1951-ci ilin dekabr ayının 1-də Xaçmaz rayonunun Nərəcan kəndində anadan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1969-1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə - Kredit fakültəsində təhsil almışam. Həmin universitetin nəzdində fəaliyyət göstərən Xalq Yaradıcılığı şöbəsinin ədəbiyyat və İncəsənət fakültəsini bitirdim.

- Necə oldu ki, şeir yazmağa başladınız?

- Məndə şeirə və sənətə maraq yaranmasında nənəmin, valideynlərimin, müəllimlərimin və şair Murad Qudyalçaylının böyük rolu olub. Kiçik yaşlarımda rəssamlığa həvəsim olub və rəsmlər çəkməyə başlamışam. Lakin iş elə gətirib ki, rəssamlıq məktəbinə yox, Xalq Təsərrüfatı İnstitutuna imtahan verməli oldum.

1970-ci illərdən başlayaraq şeir yazmağa başladım. “Ümid” adlı ilk şeirim 1974-cü ildə “Dostluq” qəzetində çap olundu. 2001-2003-cü illərdə “Ulduzlar” ədəbi məclisinə rəhbərlik etdim. Hazırda dil kurslarında  ingilis, rus və alman dillərinin tədrisi ilə məşğulam.

- Bildiyimiz qədəri ilə şeirləriniz Çində, Amerikada, Polşada və Rusiyada çap olunub. Bununla bağlı danışmağınızı istərdim.

- Şeirlərim respublikamız ilə yanaşı xarici ölkə mətbuatında da çap olunur. 2009-cü ildə Sara Oğuz Nəsirovanın Bakıda çap olunan Seçilmiş Əsərləri kitabından “Mələk ilə görüş”, “Yanğı” və “Evlər sahiblərinə bənzəyir” hekayələrini Azərbaycan dilindən ingilis dilinə tərcümə etmişəm.

2016-cı ildə amerikalı şairi Dana Gioia-nın “Kaliforniya təpələri avqustda”, “Kəndli qadın”, “Pul da bir növ poeziyadır” şeirlərini ingilis dilindən Azərbaycan dilinə tərcümə  etmişəm və tərcümələr “Xəzər Xəbər” jurnalında çap olunub.

2021-ci ildə Sverdlovsk vilayətində nəşr olunan LiFFt jurnalının redaktoru Liana Pomanova tərəfindən çap edilən LiFFT kitabının 1-ci sayında “Manifest” və “İşığın sükutunda” şeirlərim rus dilində nəşr olunub. Tanınmış Çin şairi, tərcüməçi, Beynəlxalq Nəşriyyat Evinin yaradıcısı Sofi Çen mənim şeirlərimi Çin dilinə tərcümə edib. Birinci kitabın adı “Sofi Çen: Dünya Poeziya İlliyi 2022”, ikinci kitabın adı “Sofi Çen: Dünya Poeziya İlliyi 2023”-dür. Şeirlərimi həmin kitablarda dərc edib.

2023-çü ildə “İşığın sütunda” şeir kitabım işıq üzü görüb. “Könlüm mənim yol üstədir” kitabım isə çapa hazırlıq prosesindədir. 2024-çü ildə polyak şairi, yazıçısı və tərcüməçi Antonina M. Vişnevska “Slovo Pisane-Evelina” saytında şeirlərimi polyak dilinə tərcümə edərək, onların qısa poetik təhlilini verib.

2025- ci ildə alban şair və yazıçı Kujtim Hajdari “Valentin Gününə Poetik Buket” adlı kitabına mənim də şeirimi daxil edib.

- Dünya şairlərinin şerilərini tərcümə edirsiniz.

- Bir sıra dünya şairlərinin şeirlərini müxtəlif dillərdən Azərbaycan dilinə tərcümə etmişəm. Azərbaycan ədəbiyyatını dünyaya və dünya ədəbiyyatını azərbaycanlılara çatdırmağa çalışıram. Xarici ölkə şair və yazıçıları ilə sosial şəbəkə vasitəsilə tanış oluram və onlarla ədəbi əlaqələr saxlayıram. Ədəbiyyatların dostluğu xalqların da dostluğudur.

Müxtəlif illərdə xarici ölkə şairlərinin şeirlərini  ingilis dilindən Azərbaycan dilinə tərcümə etdim. Viktor Dombrovski, Yevgeni Yevtuşenko, Dana Gioia,  Liana Romanova, Sofi Çen, May Van Fan, Antonina M. Vişnevska, Kutjim Hajdari, Filip Levin, Boris Çıçıbabin, Charles Hard, Richard Stilgoe, Dr. Prasanna Kumar Mohapatra, Nadejda Kuskova, Daniel Jonson şeirlərini dilimizə tərcümə etmişəm.

- Bildiyimizə görə, xarici şairlər sizin haqqınızda müxtəlif fikirlər səsləndiriblər.

- Polyak şair Antonina M. Vişnevska mənim haqqımda deyib ki, Əlyar Ələsgər bir modernist şairdir. Şeirləri tematik olaraq etiraf, saflaşma və mənəvi vəziyyəti göstərmək cəhdidir. O, dünya modernizminin daha bir böyük şairidir.  Onun poeziyası uzaqgörən, yenilikçi və neofuturistikdir.

- Xaçmaz rayonunda vəziyyət necədir? İnsanların təhsilə, şeirə və sənətə marağı necədir?

- Hazırda elmə, sənətə, təhsilə və ədəbiyyata maraq azalıb. Kitab oxuyan daha azdır. Gənclərimizə dünya elmi, ədəbiyyatı, mədəniyyəti ilə də maraqlanmağı tövsiyə edərdim.

- Bugünkü ədəbi mühit haqqında nə düşünürsünüz? Müasir dövrün şeirinə dair fikirləriniz nələrdir?

- Məncə, Azərbaycan ədəbiyyatının əsas vəzifəsi Azərbaycan dilinin saflığını qorumaqdır.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:29

Şimal bölgəsində qar: kəndlər ağ örpəyə büründü

Bütün xəbərlər
Bu gün, 09:04

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 44-cü günü – XRONİKA

Cəmiyyət
Dünən, 22:36

Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Cəmiyyət
Dünən, 15:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib

Cəmiyyət
Dünən, 15:06

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
07 noyabr 2026, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
07 noyabr 2026, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
07 noyabr 2026, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
07 noyabr 2026, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
07 noyabr 2026, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
07 noyabr 2026, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
07 noyabr 2026, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
07 noyabr 2026, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
07 noyabr 2026, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
07 noyabr 2026, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
07 noyabr 2026, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
07 noyabr 2026, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
07 noyabr 2026, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
07 noyabr 2026, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

Oxşar xəbərlər