Dövlət Miqrasiya Xidmətinin (DMX) Xaçmaz Regional İdarəsi həssas kateqoriyadan olan şəxslər üçün səyyar xidmət təşkil edib. Bu barədə ShimalNews 23 may tarixində məlumat verir.
Səyyar xidmət zamanı həmin şəxslərin yaşadıqları ünvanlarda müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı arayış və digər sənədlər təqdim edilib.
Eyni zamanda sənəd qəbulu və müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.