Quba şəhəri ərazisində (Asan Xidmətin yaxınlığı) sürücülər üçün təhlükəli maneə yaranıb.
Bu barədə sürücülər Shimal.News-a müraciət ediblər. Məlumata görə, hansısa qurumun əməkdaşları kabel çəkmək üçün asfaltı yarıblar:
"Bir həftədən çoxdur, asfvalt qazılıb, əmələ gələn çuxur isə olduğu kimi qalıb. Avtomobillərin şinləri sıradan çıxır, partlayır. Çuxurdan xəbərsiz sürücülər olur, qəfil əyləcə basırlar, qəza şəraiti yaranır”, - deyə sürücülər qeyd ediblər.
View this post on Instagram