Balakəndə baş verən qəzada ölən və xəsarət alanın kimliyi bəlli olub.
Shimal.News xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində rayonun Qullar kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq piyada, 32 yaşlı Günel Bahalovanı vurub, daha sonra isə mağazaya çırpılıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, nəqliyyat vasitəsinin sürücüsü 29 yaşlı İmam Babazadə isə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.