Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz-ın məlumatına görə, bu gün Quba istiqamətində hərəkət edən "Mercedes" markalı sərnişin avtomobili idarəetməni itirərək yük avtomobilinə çırpılıb.
Hadisə baş verən zaman yük avtomobilinin sürücüsü maşının arxa hissəsində olub. Bu zaman Quba istiqamətində yüksək sürətlə hərəkət edən “Mercedes” markalı minik avtomobili əvvəlcə yük maşınının sürücüsünü vurub, daha sonra isə özü də yük maşınına çırpılıb.
Hadisə nəticəsində yük maşınının sürücüsü ağır xəsarətlər alıb. “Mercedes” markalı avtomobilin sürücüsü də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Təəssüf ki, həmin avtomobildə sərnişin qismində olan 1986-cı il təvəllüdlü Ruslan İsmayıl oğlu Rzayev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
