“Azəriqaz” İB-nin baş direktorunun Şabran rayonunda vətəndaş qəbulu 03 iyul saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qurumdan Shimal.News-a verilən məlumata görə, görüşdə Şabran və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Xaçmaz Regional qaz istismarı İdarəsinə (tel: 050-845-95-60; 050-845-95-61) müraciət edə bilərlər.