top
Xanımların ismət və sevgi rəmzi olan kəlağayı
19 dekabr 2024, 17:29
- +

Xanımların ismət və sevgi rəmzi olan kəlağayı

Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O, həm də ismət, sevgi rəmzidir.

Shimal.News məlumat verir ki, ölkəmizdə bu örtüyün ilk istehsal ünvanı İsmayıllı sayılır. Orta əsrlərdə kəlağayını ilk olaraq Basqal kəndində hazırlayıblar. Daha sonra Şəki, Şuşa və Gəncə şəhərlərinə də bu sənət yayılıb.

Qədim zamanlarda qız oğlana kəlağayısını versə, ona könlünü vermiş sayılırdı. Bununla oğlan onun razılığını almış sayılardı.

Elçi gedilən qızın hərisini alanda oğlanın anası, ya bacısı başına qırmızı kəlağayı salardı. Bu adətimiz indi də yaşadılır. Fərq ondadır ki, hazırda kəlağayının müxtəlif rənglərindən istifadə olunur. Bundan savayı, toyda gəlinin başına ağ kəlağayı, gəlin gətirilən arabaya, ata zoğalı, soğanı və ya narıncı kəlağayı bağlanardı.

Ata-baba sənətini davam etdirən kəlağayıçı deyir ki, kəlağayı rəngləri əvvəl az idi. O, istifadə olunan rənglərdən danışıb:

“Çəhrayı rəngli kəlağayını gənc, nişanlı qızlar, ağ kəlağayını ailə quran, təxminən 25-50 yaş arası orta yaşlı xanımlar, qara kəlağayını bir qədər daha yaşlı xanımlar örtərlər. Qara kəlağayını həm də simvolik olaraq, yas mərasimlərinə həm yaşlı, həm də gənc xanımlar taxarlar. Amma ümumiyyətlə, şux, xoş rəngli kəlağayılar daha çox gənc, subay, təzə ailə qurmuş xanımlar üçün nəzərdə tutulur. Qəhvəyi, noxudu rəngli kəlağayılar da orta yaşlı xanımların sevdiyi tərzdir. Daha çox məşhur olan “Ağzəmin” adlı kəlağayılardır. Onu hamı tanıyır: zəmini, yəni yerliyi ağ, qıraqlarında göy naxışlar olan kəlağayılar. Kəlağayının boyanmasında təbii rənglərdən istifadə edilir ki, onlar da nar qabığı, zirinc, zəfəran, narınc, qarağat və başqa bitkilərdən alınır. Həmin rənglərin alınması da ayrıca bir işdir”.

Sənətkar deyir ki, kəlağayı həm də mənəvi dəyərdir: “Kəlağayı barama qurdunun yaratdığı saplardan hazırlanır. O da çox əziyyətli və mistik bir işdir. Bu işdə mütləq bir halallıq olmalıdır. Olmasa, ipək əmələ gəlməz. İpək də olmasa, kəlağayı olmaz. Hər bir ipəkçi, kəlağayıçı işinə həssaslıqla yanaşır: ona ürəyini, ruhunu, sevgisini qoymasa, heç nə alınmaz. İnanın ki, bu, belədir”.

Satışda rənginə, ölçüsünə, naxışlarına görə kəlağayı çoxdur. Bineyi-qədimlərdən belə bir misal var ki, kəlağayının təmizliyini yoxlamaq üçün onu üzükdən keçirmək lazımdır.

İstifadə olunan mənbələr: Kaspi.az, Azerbaijan Kelagayi.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər